ABŞ və İran arasında keçirilən nüvə sazişi üzrə danışıqlar müsbət istiqamətdə davam edir
ABŞ və İran arasında keçirilən nüvə sazişi üzrə danışıqlar müsbət istiqamətdə davam edir
04.05.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ və İran arasında Vyanada keçirilən nüvə sazişi üzrə danışıqlar müsbət istiqamətdə davam edir. Bu danışıqların nəticəsi olaraq İran rəsmilərinə və digər sahələrə sanksiyaların aradan götürülməsi razılaşdırılıb. Birbaşa İran ali rəhbərliyinin göstərişi və razılığı ilə keçirilən bu danışıqlar islahatçıların mövqeyini gücləndirir və İyunun 18-də keçiriləcək ptezident seçkilərində mötədillərin namizədinin qalib gəlməsi mümkün ola bilər. Ümuiyyətlə, mühafizəkarların namizədi də seçkilərdə qalib gələrsə, ABŞ-la danışıqlar aparmaq və İranı bu iqtisadi bataqlıqdan çıxarmaq üçün razılaşmaq məcbutiyyətindədir. Əksi, isə, İrana qarşı sərt sanksiyalar, ölkə daxilində terror və təxribatların artması istisna deyil.

İranla sazişə ən sərt şəkildə qarşı çıxan İsraildir. C. Bayden administarsiyasının İsrail rəsmiləri ilə apardıqları danışıqlar nəticəsində müəyyən razılaşmalar əldə edilib. Buna baxmayaraq İsrail İrana qarşı əməliyyatlarını davam etdirəcək.

Görünür, aparılan danışıqlar nəticəsində  İran uranın zənginləşdirilməsini dayandıracaq. Amma, Ballsitik raket sınaqlarını təxirə salması,  Suriya və Yəməndə iddialardından geri çəkilməsi ilə bağlı ilkin açıqlamalar verilmir.

Qeyd edim ki, 2015-ci ildə Altılıq öllələri arasında  "Hərtərəfli Fəaliyyət" planı sazişindən istifadə edərək sanksiyaların götürülməsi nəticəsində ölkəyə daxil olan milyardlara vəsaiti Yaxın Şərqdə terroru dəstəkləməyə və İsrailin təhlüküəsizliyini təhdid edəcək bir ölkəyə çevrildi. Görünür, ABŞ 2015-ci ildəki səhvi tərkrarlamamaqla, İrana qarşı qismən sanksiyaları götürüb və bu ökəni tam nəzarətdə saxlayacaq. Çünki, İranın iqtisadi cəhətdən güclənməsi Yaxın Şərqdə təhlükəsilziyin təhdidinə çevrilir. Ümiyyətlə İran Yaxın Şərqdə İran Əhəməni imperiyası idelogiyası ilə hərəkət edir və bunu " islam inqilabı idelogiyası" ilə pərdələyir. Ona görə də İrana qarşı sanksiayarın götürülməsi və hərtərfli nüvə sazişinə qayıdılması Tehranın əlini qolunu açmasına gətirməsi gözlənilir. İranın iqtisadi cəhətdən güclənməsi  İsrail, Türkiyə və Azərbaycana qarşı aqressiv siyasət aparamasına gətirib çıxara bilər.

Politoloq Məhəmməd Əsədullazadə

Visiontv.az