ABŞ “Taliban”a 85 milyard dollarlıq hərbi texnika və silah-sursat buraxıb getdi
28.08.2021

ABŞ Nümayəndələr Palatasının üzvü, ölkənin Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan hərbçisi Cim Benks bildirib ki, "Taliban" hərəkatının silahlıları Amerikanın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib.

“Report” xəbər verir ki, onun sözlərini “The Independent” sitat gətirib.

O qeyd edib ki, Əfqanıstanda tərk edilmiş külli miqdarda texnika və silah arasında 75 000 avtomobil, 200 təyyarə və helikopter, həmçinin 600 000 atıcı və yüngül silah var.

Benks vurğulayıb ki, hazırda “Black Hawk” helikopterlərinin dünyada olan 85 faizdən çoxu “Taliban”ın döyüşçülərindədir. "Əgər bu silah indi və ya gələcəkdə amerikalıları öldürmək, yaralamaq, zərər vurmaq üçün istifadə edilsə, qan Co Baydenin əllərində olacaq", - konqresmen əlavə edib.

visiontv.az