ABŞ hərbçiləri Kabil aeroportunun təhlükəsizliyi ilə bağlı Türkiyədə müzakirələr aparır
24.06.2021

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Türkiyədə səfərdədir.

Visiontv.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyində ABŞ-dan gəlmiş nümayəndə heyəti ilə danışıqlar aparılır.

“Hazırda hər hansı bir qərar verilməyib”, - deyə türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, səfər zamanı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə ediləcək. Türkiyə hərbçiləri 6 ildir NATO-nun “Qətiyyətli dəstək” missiyası çərçivəsində Həmid Kərzai Beynəlxalq Hava Limanında fəaliyyət göstərir.