ABŞ Ankara Moskva ilə yaxınlaşacağı təqdirdə, Qərb şirkətlərini Türkiyəni tərk etməyə çağıracaq - Politico
ABŞ Ankara Moskva  ilə yaxınlaşacağı təqdirdə, Qərb şirkətlərini Türkiyəni tərk etməyə çağıracaq - Politico
18.08.2022 MEDİA Tərəfindən

Əgər bu cür sanksiyalar nəticə verməsə, ABŞ Türkiyəyə dollarla ödəniş etməyi qadağan edə bilər.

Türkiyə ilə Rusiya arasında iqtisadi yaxınlaşma baş verərsə, ABŞ Qərb şirkətlərinə Ankara ilə iqtisadi əməkdaşlığı dayandırmağı və ya azaltmağı “tövsiyə” edə bilər.

Bu barədə “Politico” adı açıqlanmayan amerikalı məmura istinadən yazır.

ABŞ rəsmisi qeyd edib ki, Türkiyə Rusiya ilə rəsmi iqtisadi tərəfdaşlığa girərsə, Vaşinqton Qərb şirkətlərinə Ankara ilə iqtisadi əlaqələrini dayandırmağı və ya azaltmağı tövsiyə etməyi nəzərdən keçirəcək.
"Biz hesab edirik ki, Türkiyə biznes və kapital üçün qlobal bir məkan olmalıdır. Lakin Rusiya ilə daha sıx əlaqələr Türkiyənin dünyanın qalan hissəsi ilə inteqrasiyası üçün real risklər yaradacaq", - rəsmi bildirib.

Türkiyə bu cür sanksiyalardan yan keçərsə, Vaşinqton dollarla hesablaşmaq üçün ikinci dərəcəli sanksiyalardan istifadə etməyi qadağan etməklə daha da irəli gedə bilər.

visiontv.az