"5-ci kolon" təmsilçiləri ABŞ-ın Əfqanıstandan çıxan təyyarələrinin şassisindən yapışan əfqanları göz önünə gətirsinlər
"5-ci kolon" təmsilçiləri ABŞ-ın Əfqanıstandan çıxan təyyarələrinin şassisindən yapışan əfqanları göz önünə gətirsinlər
13.09.2021 Sahib Alıyev Tərəfindən

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ölkəsinin regionda önəmini artırmaq, onu yenidən burada aparıcı oyunçuya çevirmək məqsədilə ləğv edilən "Dağlıq Qarabağ"ın olmayacaq "status"undan dəm vurursa yanılır. Amerikalılar bu cür açıqlamalarla heç nə əldə edə bilməyəcəkləri bir yana, Azərbaycanda özlərinə bəslənən olan-qalan sayğını da itirəcəklər.

Ola bilər ancaq bizdəki  "5-ci kolon" təmsilçiləri bu baxımdan istisna təşkil etsinlər. Onlar bağlı olduqları çevrələrin tapşırığıyla belə açıqlamalarda bulunan Treysinin və digər ABŞ rəsmilərinin  haycasına davranışlarını yenə də görməzdən gəlsinlər.

Belələri də yaxşı olar ki, həmən ABŞ-ın hərbçiləri Əfqanıstandan çıxarkən  təyyarənin şassisindən yapışan əfqanları, bir də salonda yiyələriylə yan-yana əyləşən itləri göz önünə gətirsinlər. Amerikalılar birincilərə-onlarla əməkdaşlıq etmiş əfqanlara yox, ikincilərə, yəni itlərə üstünlük verdilər. Məhz itləri özləriylə götürüb aradan çıxdılar. Yəqin ona görə ki, itdə sədaqət olur, muzdluda isə olsa-olsa itaət.
Və sonda bir daha vurğulamaq istəyirəm ki, treysilər nə deyirlər desinlər, Ali Baş Komandanımızın da bildirdiyi kimi  "Dağlıq Qarabağ" yoxdur, olmayacaq. Dağıdılmış Qarabağ vardı, azad ediləndən sonra, o da sürətlə abadlaşdırılır.

Millət vəkili Sahib Alıyev

Visiontv.az