17 il müddətində 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb
04.10.2022

Ötən 17 il müddətində 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb.

Visiontv.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib.

O bildirib ki, 617 nəfər cinayət məsuliyyətinə cəlb edilib.