Zelenski, Stefançuk və Şmıqal Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı birgə bəyanat imzalayıblar
Zelenski, Stefançuk və Şmıqal Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı birgə bəyanat imzalayıblar
01.07.2022 MEDİA Tərəfindən

Prezident Vladimir Zelenski, parlamentin spikeri Ruslan Stefançuk və baş nazir Denis Şmıxal Ukraynanın Aİ-yə tam üzvlüyü ilə bağlı birgə bəyanat imzalayıblar.

Bu barədə RBC-Ukrayna Facebook-da Zelenskiyə istinadən xəbər verir.

Sənədin imzalanması parlamentin bu gün, iyulun 1-də keçirilən iclasında baş tutub. Bəyanat Avropaya inteqrasiya yolunda bütün hakimiyyət qollarının birliyinə sübutdur.

"Bu bəyanatın imzalanması müharibənin beşinci günündə üzvlük üçün ərizənin imzalanması ilə eyni məna daşıyır. Biz 115 gün ərzində namizədliyə getdik. Üzvlük yolu isə onilliklərlə davam etməməlidir", - Zelenski vurğulayıb.

Hökumət başçısı birgə bəyanatın imzalanmasına sosial şəbəkələrdə də münasibət bildirib. O qeyd edib ki, müharibəyə baxmayaraq, Avropa İttifaqına daxil olmaq Ukrayna üçün prioritet olaraq qalır.

"Rusiyanın təcavüzünə və ərazilərin bir hissəsinin müvəqqəti işğalına baxmayaraq, ölkəmiz sabit demokratiya yolunda inkişafını davam etdirib və Avropa standartlarını həyata keçirib", - baş nazir əlavə edib.

visiontv.az