Zelenski Lvovda BMT-nin baş katibi ilə görüşüb
Zelenski Lvovda BMT-nin baş katibi ilə görüşüb
18.08.2022 MEDİA Tərəfindən

Cümə axşamı, avqustun 18-də prezident Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Görüş Lvovda baş tutub.

Bu barədə RBC-Ukrayna Telegram-da Zelenskiyə istinadən xəbər verir. Dövlət başçısı və BMT-nin baş katibi “taxıl” sazişini, ukraynalıların rus işğalçıları tərəfindən məcburi deportasiyasını, ukraynalı hərbçilərin və həkimlərin əsirlikdən azad edilməsini müzakirə ediblər. Həmçinin Rusiyanın nüvə şantajına və Zaporojye AES-də törətdiyi təxribatlara diqqət yetirilib: "Təcavüzkarın bu  terroru qlobal fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də BMT bu strateji obyektin təhlükəsizliyini, onun demilitarizasiyasını və Rusiya qoşunlarından tam azad edilməsini təmin etməlidir", - Zelenski bildirib.

visiontv.az