Zaman Azərbaycanın xeyrinə işləyir və cənab Prezident proseslərin önündə gedir-deputat Nəsib Məhəməliyev
Zaman Azərbaycanın xeyrinə işləyir və cənab Prezident proseslərin önündə gedir-deputat Nəsib Məhəməliyev
18.08.2021 Nəsib Məhəməliyev Tərəfindən

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərini bir cümlə ilə belə xarakterizə edə bilərik. “Ali Baş Komandan tarixi ədaləti bərpa etməkdə davam edir”.

Tarixi faktlar bir mənalı təsdiq edir ki, bu günki Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulmuş və bütün türk toponimləri ermənilər tərəfindən dəyişdirilmişdir. Ölkə Başçısının Vardenis rayonunu, Yerasx kəndini, müvafiq olaraq əvvəlki adları Basarkeçər və Arazdəyən kəndi adlandırılmasını KİV nümayəndələrindən xahiş etməsi, uzaqgörən, strateji düşüncənin məhsuludur. Təsadüfi deyil ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması haqqında sərəncamların verilməsi ilə prosesə start verilmişdi. Dəfələrlə qeyd etmişəm, zaman Azərbaycanın xeyrinə işləyir və cənab Prezident proseslərin önündə gedir. Sadəcə, onun verdiyi mesajlara diqqət etmək lazımdır. Mesajların birində belə fikir səsləndi. “Həmin ərazilərə hələlik Ermənistan nəzarət edir”. Digər tərəfdən, səfər çərçivəsində açılışını və təməlqoyma mərasimlərinin qeyd olunduğu infrastruktur layihələrinin miqyası, soydaşlarımızın ata-baba yurdlarına qayıdışını sürətləndirəcəyi şübhəsizdir. Qısa zaman kəsiyində görülən işlər Azərbaycan dövlətinin nəyə qadir olmasını şərtləndirir. Eyni zamanda, Qaragöl, qanunsuz təbii sərvətləri istismar edən şirkətlər barədə, bütövlükdə sərhəd və yol-nəqliyyat kommunikasiyalarının gələcək taleyi ilə bağlı məsələlərə münasibətini bildirən Prezident, hər birimizdə böyük inam yaratdı. İctimaiyyət bir daha əmin oldu ki, nəzərdə tutulan bütün layihələr vaxtından əvvəl icra olunacaq və Qarabağ, Şərqi Zəngəzur torpaqları cənnət-məkana çevriləcəkdir.

visiontv.az