Yuri Şatunovun ailəsinə qalan milyonluq mirası AÇIQLANDI
25.06.2022

İki gün əvvəl vəfat edən rusiyalı müğənni Yuri Şatunovun ailəsinə qalan mirası açıqlanıb.

Visiontv.az xəbər verir ki, 48 yaşlı sənətçinin varidatı iki mənzil və bir evdən ibarətdir. Onun Moskvada yerləşən bir otaqlı mənzilinin qiyməti 11 milyon rubldır (təxminən 342 100 AZN). 

Sənətçinin ikinci evi isə 2016-cı ildə ona hədiyyə edilən lüks daşınmaz əmlakıdır. O, Soçi şəhərində yerləşir. 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilin qiyməti 15 milyon rubldır (təxminən 466 min 500 AZN).

Yurinin varidatına daxil olan digər ev isə Almaniyanın Münhen şəhərində yerləşir. Qiyməti 10 milyon dollardır (təxminən 17 milyon AZN). 

Müğənninin Almaniyadan ev almasına səbəb orada yaşayan sevgilisi Svetlana ilə tanışlığı olub. 2006-cı ildə onların Dennis adlı ilk övladı dünyaya gəlib. Bundan sonra Svetlana ilə Yuri 2007-ci ildə evləniblər. Dennisdən sonra isə cütlüyün Estella adlı qızı dünyaya gəlib. 

Sənətçinin banklardakı ümumi kapitalının dəyəri 6 milyon avrodan (təxminən 10 milyon 750 min AZN) çoxdur. Şatunov hər ay 20 min rubl (təxminən 622 AZN) təqaüd də alıb. 

BAKU.WS