Yerli filmlərimizin yarımçıq kadrları belə tamamlandı
05.06.2023

Dizayner Rəsul Həsənov Azərbaycan filmlərinin süni intellekt vasitəsilə yarımçıq qalmış kadrlarını tamamlayıb.

Visiontv.az xəbər verir ki, o bu barədə feysbuk hesabında paylaşım edib:

“Azərbaycan kinosu ekranda görünən kadrlarından kənarda nələr olmasının mümkün variantlarını fotoşopun süni intellektlə çalışan yeni “Generative Fill” funksiyası ilə yoxlayanda ortaya belə alternativ kadrlar çıxır. Ağ çərçivənin içi orijinal kadr, ondan kənarda generativ hissə”.