Yeni Nazirlər Kabineti Anıtkabirdə: “85 milyonluq xalqımıza sevgi ilə xidmət edəcəyik”
Yeni Nazirlər Kabineti Anıtkabirdə: “85 milyonluq xalqımıza sevgi ilə xidmət edəcəyik”
06.06.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Prezidenti olaraq kabinetimizlə birlikdə Türkiyənin 85 milyonluq xalqına sevgi ilə xidmət edəcəyik” dedi.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Prezident Ərdoğan və kabinet üzvləri Nazirlər Kabineti iclasından əvvəl Anıtkabiri ziyarət edib.

Prezident Ərdoğan Mustafa Kamal Atatürkün məzarı önünə çələng qoyub, daha sonra bir dəqiqəlik sükut elan edilib və İstiqlal Marşı səsləndirilib.

Prezident Ərdoğan xatirə dəftərinə bu ifadələri yazıb:

“Əziz Atatürk,

Prezident Hökümət Sisteminin 2-ci dövründə yeni kabinet üzvlərimizlə qarşınızdayıq. Bu gün Nazirlər Kabinetimizin ilk iclasını keçirməklə Türkiyə Əsrinin inşası hədəfiylə sürətlə yola çıxırıq. Türkiyə Prezidenti olaraq kabinetimizlə birlikdə bütün 85 milyonluq Türkiyə xalqına sevgi ilə xidmət edəcəyik. İnşallah, bizlərə əmanət etdiyiniz cümhuriyyətimizin 100 illiyinə çatmağın həyəcanını və haqlı qürurunu yaşadığımız bu ili, şahlıq dövrümüzün başlanğıc nöqtəsi edəcəyik. Rəbbimiz bizi xalqımızın qarşısında utandırmasın. Ruhun şad olsun!”

Yeni Kabine Anıtkabir'de: 85 milyonun tamamına aşkla hizmet edeceğiz

İlahə Əliyeva