Yəni demokratiya zarafat iş deyil - Kənan Rövşənoğlu
Yəni demokratiya zarafat iş deyil - Kənan Rövşənoğlu
28.01.2021 Kənan Rövşənoğlu Tərəfindən

Siyasət mütəxəssislərinə görə, demokratiyanın birinci və bariz nümunəsi hakimiyyətin dinc şəkildə ötürülməsidir. Dinc ötürülmə hətta seçkidən də öndədir. Ona görə də ABŞ demokratiyasının başlama tarixi ilk seçkilər deyil, ilk hakimiyyət ötürülməsi tarixi hesablanır.

"Millətlər niyə tənəzzül edir" kitabında bununla bağlı maraqlı ABŞ-Meksika nümunəsi verilir. Təxminən eyni əsrdə müstəqillik əldə eləsələr də Meksikada təxminən 100 il xoşluqla hakimiyyəti vermək istəyən olmur. Müharibə, çevriliş bir-birini əvəz edir. Ölkə də pis günə qalır.

Şərqdə isə bu məsələ bir də qədər qəlizdir. Şərqdə bir neçə dənə demokratiya nümunəsi var. Məsələn, Pakistan, İsrail, Qırğızıstan və sair. hakimiyyətin dinc ötürülməsi ənənəsi formalaşmış ölkələrdə bir qayda olaraq hakimiyyətdən gedən şəxsi tutuba salırlar içəri. Pakistanda ümumiyyətlə, qabaq asırdılar, son illərdə ömürlük cəza verirlər. İsraildə isə səlahiyyəti başa çatan prezident və baş nazirlərin üzərində 2-3 cinayət işi olur. Yalnız, Türkiyə və İranda daha əvvəl olsa da, son illərdə vəzifədən gedən hökumət və ya dövlət başçılarına dəymirlər.

Qırğızıstanın sabiq Baş naziri Muhammedkalıy Abılqaziyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bir qədər əvvəl isə prezident

Atambayevi tutdular. Ondan qabakıların ikisi isə devrilib qaçıb ölkədən.

Yəni demokratiya da zarafat iş deyil.

Visiontv.az