Yazıçı Hafiz Ataxanlı ilə “Sözü xəzinə bilənlər” adlı görüş keçirilib
Yazıçı Hafiz Ataxanlı ilə “Sözü xəzinə bilənlər” adlı görüş keçirilib
17.03.2023 MEDİA Tərəfindən

Nizami Gəncəvi adına Kitabxana Klubunda Sumqayıt MKS-nin irəli sürdüyü “Bizi tanıdanları tanıdaq” layihəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə yazıçı, ssenarist, kulturoloq,tərcüməçi, AYB-nin üzvü, şəhərimizin mədəniyyət sahəsinə öz töhvələrini verən Hafiz Ataxanlı ilə “Sözü xəzinə bilənlər” adlı görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyeva Hafiz Ataxanlının yaradıcılığı haqqında danışıb.Şagirdlərdən Nəcibə Sadıxova qonaq haqqında araşdırdığı məlumatları tədbir iştirakçılarına çatdırıb. Tədbirdə iştirak edən AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, rejissor,operator Etibar Bənnayev çıxış edərək qonaq haqqında xatirələrini bölüşüb, yaradıcılığından danışıblar.

Şagirdlərin çoxsaylı suallarını cavablandırdıqdan sonra tədbir iştirakçıları Hafiz Ataxanlının yaradıcılığını əks etdirən kitab və dövrü mətbuat materialları ilə tanış olublar. Qələmə aldıqlarından,unudulmaz xatirələrindən, ssenarisi əsasında səhnəyə qoyulan və böyük uğur qazanan tamaşalardan söhbət açan Hafiz Ataxanlı eyni zamanda şagirdlərə tövsiyələr verərək mütaliənin,teatr səhnəsində oynanılan tamaşalara baxmağın faydalarından da söz açıb və şəxsi kitab rəfində yer alan kitablardan kitabxanaya hədiyyə edib.Sonda kitabxananın müdiri Ülviyyə İsayeva dəvəti qəbul edib gəldiklərinə, faydalı tövsiyələrinə və şagirdlərin böyük marağına səbəb olan səmimi söhbətə görə qonaqlara öz təşəkkürünü bildirib.

Visiontv.az