Yaxın zamanlarda Zelenski böyük ehtimal istefa verəcək
25.01.2022

Ukrayna üçün 2022-ci il çətin ildir. Zelenski komandasında ötən ildən başlayan daxili gərginlik artıq ölkə gündəminə təsir edir. Seçilmiş komandanın təcrübəsizliyi və bütün işləri sona saxlamaq ənənələri təkçə qazın qiymətini sənaye üçün 8 dəfə qalxmasına gətirib çıxardıb.

 Ötən il 1000 kub metrin qiyməti 300+ olan qaz, 2022-ci ildən 2200 USD + dur. Bundan əlavə daxildə regionlar arası parçalanma sürətlənib. Xarkov, Lvov, Kiyev arasında ciddi düşüncə fərqləri yaranıb və bu faktorda vahid bayraq və vahid ölkə prinsipini pozur. Ordu islahatlarının ləng getməsi ön hərbi birləşmələrdə ciddi komplektasiya problemi yaradıb. Zelenski "Sluqa Naroda" filminin təsirləri ilə hakimiyyətə gəldi və indi görür ki, ideal ssenaridə olan cəmiyyəti qurmaq film çəkmək kimi asan deyil. Başa düşür ki, gərginliyin artması onun siyasi, hətda bir aktyor kimi gələcəyini təhlükəyə atır. Yaxın zamanlarda Zelenski böyük ehtimal istefa verəcək və Ukrayna seçkilərə gedəcək. Əslində Rusiya üçün ən optimal ssenari növbədən kənar seçki və yeni insanın hakimiyyətə gəlməsidir. Yalnız bundan sonra masa arxasına qayıdıb Ukraynanın federallaşmasını müzakirə edəcəklər. Ukrayna böhranının kökündə bu ölkənin federallaşmasıdır. Bu ideyanı həm Qərb, həm Rusiya dəstəkləyir və Minsk razılaşmalarınında əsasını bu təşkil edirdi.

Siyasi şərhçi Aqil Məmmədov

Visiontv.az