“YAŞAT" Fondu tərəfindən bugünə kimi görülən işlərin STATİSTİKASI
“YAŞAT" Fondu tərəfindən bugünə kimi görülən işlərin STATİSTİKASI
05.08.2021 YAŞAT Fondu Tərəfindən

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən reallaşdırılan ödənişlərin məbləği 32 328 137 80 manat olub.

Bu barədə Visiontv.az-a açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

O bildirib ki, Fond tərəfindən bu günə kimi reallaşdırılmış ödənişlərin sayı 9 433, öhdəliyə götürülmüş şəxslərin sayı isə 8 208-dir.  Bu günə qədər 2908 şəhidin 15 142 ailə üzvü və yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Bu günə kimi 683 şirkət tərəfindən “YAŞAT” Fondu ianə edilib.

Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması hazırda da davam etdirilir. Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

Orxan Kərimov
Visiontv.az