YAP-ın AzTU üzrə Ərazi Partiya Təşkilatına yeni sədr seçilib
25.10.2021

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının növbəti yığıncağı keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev çıxış edib. Çıxışlardan sonra “Hüseyn Cavid 25” Ərazi Partiya Təşkilatının (ƏPT) sədri, AzTU-nun müəllimi Şikar Qasımov görülən işlərlə bağlı hesabat verib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev hesabatı məqbul hesab edib. Daha sonra əsasnaməyə uyğun olaraq “Hüseyn Cavid 25” ƏPT-nın yeni sədrinin seçilməsi məsələsinə baxılıb. İclas iştirakçıları bu vəzifəyə AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyevin namizədliyini irəli sürüb. Təklif səsə qoyularaq qəbul olunub. “Hüseyn Cavid 25” ƏPT-nın sədr müavini isə AzTU-nun əməkdaşı Əsmər Nəbiyeva seçilib.

“Hüseyn Cavid 25” ƏPT-nın yeni sədri Həbib Mirzəyev ona göstərilən etimada görə təşəkkür edib və ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə ötürülməsində səylərini əsirgəməyəcəyini bildirib.