Xoyda on minlərlə soydaşımızın üzləşdiyi humanitar fəlakəti görəsən niyə görməzdən gəlirlər?
Xoyda on minlərlə soydaşımızın üzləşdiyi humanitar fəlakəti görəsən niyə görməzdən gəlirlər?
04.02.2023 Sahib Alıyev Tərəfindən

Laçın yolunun guya bağlı olması səbəbindən Qarabağdakı Haykanuşun istədiyi saç rəngini tapmadığına görə dələduz Vartanyana qoşulub haray-həşir salanlar Xoyda zəlzələ nəticəsində evləri dağılan, ac-susuz çölün düzündə qalan on minlərlə soydaşımızın üzləşdikləri əsl humanitar fəlakəti görəsən niyə görməzdən gəlirlər?

Bu biganəlik onların da özü heç bir iş görməyən, Azərbaycan və Türkiyənin yardım göstərmələrinin isə qarşısını alan dinsiz rejimlə ortaq “dəyərlər”i bölüşmələrinin, eyni dalğada hərəkət etmələrinin növbəti təsdiqi deyilmi?
Bu təsdiqləmirmi ki, əmmamələnmiş fars şovinizmi əslində onların da marağına cavab verən ideologiyadır, sadəcə dinsiz rejim həddən artıq sərbəstliyə cəhd etdiyi üçün bəzən cəzalandırılır. Aralarındakı bu ziddiyət müvəqqəti və taktiki xarakter daşıyır. Yoxsa nə pəhləvilər Qacarlar dövlətində hakimiyyətə gətirilər, nə də onun adı 1935-ci ildə dəyişdirilib İran, yəni arilər ölkəsi qoyulardı.
Ancaq bütün hallarda ox artıq yaydan çıxıb. Dinsiz rejimin soydaşlarımıza qarşı etdiyi rəzilliklərə bəlli çevrələr çox vaxt göz yumsalar da, bu, uzun davam etməyəcək.
Rejim özü də baş verənlərin yaxşı fərqindədir.  Xoydakı zəlzələdən zərər görən soydaşlarımıza yanaşma əslində bizim Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının nədən qaynaqlandığını da ortaya qoymuş olur. Qüdrətli Azərbaycana, arxasında böyük güclərin dayandığı düşmənini yenmiş qürurlu azərbaycanlıya onlar özlərini yandıracaq od kimi baxırlar. Və Tehrandakı səfirliyimizə basqın edən yaramaz sayaq başları yuyulmuş, formaca azərbaycanlı manqurtlardan terrorçu, ideoloq, təxribatçı, mərsiyəxan, troll və sair yetişdirib öz ağıllarınca odu odla söndürməyə çalışırlar. Alınmayacaq! Azərbaycanı yolundan dönərə bilməyəcəklər. Qarabağ uğrunda savaşda bu xalq region, məzhəb buxovunu sındıraraq  artıq millətə çevirilib. İrandakı dinsiz rejim bunu dərk etməlidir.
Şəkildə gördüyünüz evi dağılmış, yəqin ki, ac, soyuqdan titrəyən o körpənin Göy Tanrıya dikilən gözündəki qığılcıma, əl açmağı özünə sığışdırmayıb düyünlədiyi yumruğuna fikir verin. Bilirsinizmi bu nə deməkdir? O deməkdir ki, hesab zamanına az qalır, İrandakı dinsiz rejim millətimizə qarşı etdiyi bütün rəzilliklərin bədəlini ödəyəcək!

Millət vəkili Sahib Alıyev

visiontv.az