XİN başçılarının toplantısı keçiriləcək
28.06.2022

Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyini İran edəcək.

Visiontv.az  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var və bu əlaqələri hər sahədə inkişaf etdirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.