Xəyalpərəst general...-Bəybala Mirzəyev
Xəyalpərəst general...-Bəybala Mirzəyev
10.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya müvəqqəti sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov doğulduğu Dağıstana qayıdar-qayıtmaz, Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşüb və həmin görüşdə sülhməramlı kontingentin Qarabağda qalma müddətinin uzadıla biləcəyini vurğulayıb: “Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”.

Yaramaz Jirinovskinin "Komsomolskaya pravda" radiosuna məlum müsahibəsində "heç kim Rusiya sülhməramlılarına gözünün ucuyla belə çəpəki baxa bilməz" kimi sərsəm fikri dilə gətirməsindən sonra rus generalları, teleaparıcıları və politoloqlarının bir çoxu deyəsən xəyalpərəstlik virusuna yoluxub.

Onlar öz aləmlərində Rusiyanı həddindən artıq güclü, hegemon, həşəmətli və məğlubedilməz ölkə kimi təsəvvür etdiklərinə görə, onlara elə gəlir ki, Rusiya ordusu "sülhməramlı" adıyla bizim ərazilərimizdə istədiyi qədər qala bilər.
Bu neoimperialist təfəkkür Rusiyanı əvvəl-axır "yeyib" bitirəcək.

Onlar qəbul etmək istəmirlər ki, dünya artıq əvvəlki dünya deyil, dünya sürətlə dəyişir və Azərbaycan da artıq müstəqil oyunçudur.
Rüstəm Muradov öz "boss"u Sergey Şoyqunun ağzından eşitdiyi gələcək xəyali planları reallıq kimi qəbul etməkdə yanılır.
Terrorçuları qucaqlayanlar Azərbaycan ərazilərində istədikləri qədər qala bilməzlər.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

Visiontv.az