İran rəhbəri Əli Xaməneinin müşaviri və keçmiş XİN başçısı Əli Əkbər Vilayətin və oğlunun korrupsi və monopoliya əməlləri ifşa edilib.
Bu haqda tanınmış siyasi fəal və islahatçı "İştirak Cəbhəsi"nin İnformasiya Komitəsinin üzvü Mehdi Mahmudian mediaya müsahibəsində danışıb.
Onun açıqlamalarına görə, koronavirus zamanı beynəlxalq bazarda cəmi 4 dollara başa gələn dərmanı Vilayətinin başçılıq etdiyi şəbəkə Səhiyyə Nazirliyinə 102 dollara satıb.
Mahmudian bunun Əli Xaməneinin ofisinin dəstəyi ilə baş tutduğunu iddia edib.
"Bu, humanitar böhranlardan istifadə etməklə və güc strukturlarının dəstəyi ilə həyata keçirilən və davam edən milli sərvətlərin geniş yayılmış talanının yalnız bir nümunəsidir",- Mahmudian bildirib.
visiontv.az