Xalq rəssamı, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret” nominasiyası üzrə laureat seçilib
Xalq rəssamı, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret” nominasiyası üzrə laureat seçilib
17.03.2023 MEDİA Tərəfindən

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqəsinin nəticələri açıqlanıb. 24 ölkədən rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə peşəkar rəssamlar arasında keçirilən müsabiqəyə 749 əsər təqdim olunmuşdur.

Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunmuşdur. Qeyd olunan müsabiqədə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret”
nominasiyası üzrə laureat seçilib.

Visiontv.az