“Women Changemakers` Academy” layihəsi yekunlaşıb
08.04.2021

Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təsisi Proqramı çərçivəsində qalib olmuş “Women Changemakers` Academy” layihəsi yekunlaşıb. İlkin Əliyevin rəhbərliyi ilə layihə çərçivəsində sosial sahibkarlıq və iştirakçıların ehtiyacları əsasında fərqli mövzularda təlimlər təşkil edilib. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq təlimlər və görüşlər onlayn formatda keçirilib.

Ümumilikdə 30 nəfərin iştirakı ilə 12 təlim və əlavə olaraq müxtəlif dövlət, özəl və beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn görüşlər baş tutub. Layihə çərçivəsində seçilmiş iştirakçılara  biznes mentorluq sessiyaları keçirilib. Yekunda hər bir iştirakçıya sertifikat və hədiyyə təqdim edilib.