"Kommersant" qəzeti iyulun 15-də yazıb ki, Rusiyanın İnzibati Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Bu düzəlişlər internetdə, o cümlədən VPN-servislərdən istifadə etməklə "ekstremist materialların qəsdən axtarışı"na görə cərimələrin tətbiqini nəzərdə tutur. Cərimənin məbləği 3 min rubldan 5 min rubladək ola bilər.
Bundan əlavə, Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi tərəfindən təsdiqlənmiş bu düzəlişlər funksional baxımdan VPN-i xatırladan proqram təminatının reklamına görə də cərimələrin tətbiqini nəzərdə tutur. Bu pozuntuya görə vətəndaşlar üçün 50 min rubldan 80 min rubladək, vəzifəli şəxslər üçün 80 min rubldan 150 min rubladək, hüquqi şəxslər üçün isə 200 min rubldan 500 min rubladək cərimə tətbiq ediləcək.
visiontv.az