Visiontv.az xəbər portalı təltif edilib - FOTOLAR
21.07.2021

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirildi.

Milli Məclisin Ailə Qadın Uşaq Məsələri Komitəsinin sədr müavini, Millət vəkili Jalə Əliyeva, Millət vəkili Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri, tanınmış media qurumlarının baş redaktorları, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin  idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər. 
Mükafatlandırma mərasimində çıxış edənlər Azərbaycan Mətbuat tarixinə nəzər salaraq Milli mətbuatın banisi, dəyərli Azərbaycan ziyalısı, təbiətşünas alim Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən Əkinçi qəzetinin tarixi əhəmiyyətindən  söz açdılar. 

Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Mətbuata açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanında və informasiya cəbhəsində öz peşə faəliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Dövlət Başçısı,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daim Azərbaycan Mətbuatının tarixi və bu günü ilə bağlı önəmli qərarlar, jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan müdiasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsi istiqamətində dövlətin media siyasətinə dövlət QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir. 

Birlik rəsmisi onu da bildirdi ki, mükafatlandırma mərasimində 110-dan çox jurnalistə  mükafat və müxtəlif hədiyyələr təqdim edildi. 44 günlük haqq savaşında xüsusi fəadakarlıq göstərmiş jurnalistlərlə yanaşı ölkənin aparcı media qurumlarının rəhbərləri, Mətbuat xidməti rəhbərləri də mükafatlandırıldı. 

Mükafat alanlar arasında Visiontv.az xəbər portalının Baş Redaktoru Şöhrət El-dəniz də olub. Mükafatı Birliyin icraçı direktoru Zamin Zeynal baş redaktora təqdim edib.