Vətənpərvərlik ruhunda tədbir təşkil edilib
20.01.2022

Azərbaycan Mədəniyyəti sosial platforması Vətənpərvərlik ruhunda tədbir təşkil edib. Azərbaycan Mədəniyyəti sosial platforması və Sabunçu Rayonu Gənclər evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər.

Anım tədbirində ilk öncə Dövlət Himni səsləndirildi və 20 Yanvar Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bir sıra qonaqlar iştirak etmişlər: Millət Vəkilləri , İş adamları, ictimaiyyət nümayəndələri, Gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri , TV əməkdaşları .Eyni zamanda Gənc şair Prezident mükafatçısı Qabil Ədalət , tarda Rusif Abdullayev , kamançada Aydan Əlizadə öz hisslərini şeir və musiqi ilə ifadə etmişlər.

“20 Yanvar faciəsi”nə həsr olunan video çarx də nümayiş olunub. Tədbirin aparıcısı Fidan Oruc Əliyeva xüsusilə qeyd edib ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır və Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığımız bugünlərdə ötən illər ərzində bu il ilk dəfədir ki, Şəhidlər Xiyabanına başıuca və qürurla gedir. Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı. Tədbiri giriş sözü ilə açan Sabunçu rayonu gənclər evin direktoru Samir Mehrəliyev yüksək vətənpərlik ruhunda formalaşan müasir Azərbaycan gənclərinin təlim-tərbiyəsi və ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı haqqında danışaraq bildirdi ki, Vətən müharibəsində bütün dünya gördü ki, Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı necə qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb. Biz Prezidentimizlə, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətənimizi bütün dünya miqyasında tanıtdı və əminik ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda Şəhadət zirvəsinə ucalan bütün Şəhidlərimizin ruhu şaddır, çünki uzun illik həsrətə nəhayət son qoyuldu və Azərbaycan bayrağı bu gün bütöv, azad Azərbaycan üzərində vüqar və şərəflə dalğalanır. Millet Vəkili Ceyhun Məmmədov çıxışında qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar.

Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq. 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı. “20 Yanvar gecəsi hər bir azərbaycanlı üçün müstəqilliyimizə aparan yolda qəhrəmanlıq dastanına çevrildi. Şəhidlərimizin əbədiyaşar xatirəsini daim əziz tutan Azərbaycan xalqı Birinci Qarabağ Müharibəsində və 2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşən igidlər yetişdirdi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmən tapdağından xilas etdi. Azərbaycan Vətən müharibəsinin qalibi oldu. Bu misilsiz nailiyyət və Şanlı Qarabağ Zəfəri ölkəmizdə aparılan düzgün idarəetmə və gənclər siyasətinin nəticəsidir. Məhz bu siyasət və bütün Şəhidlərimizin, qazilərimizin şücaəti, mətanəti, fədakarlığı nəticəsində bu gün Azərbaycan xalqı məğrur, qalib ölkənin vətəndaşlarıdır.

Azərbaycan xalqı daim bütün Şəhidlərimizin əbədi xatirəsini yaşadacaq və onların ruhları qarşısında dərin ehtiramlarını bildirəcəkdir. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!” Millət Vəkili Vüqar İsgəndərov çıxış edərək bildirib ki,Yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. Yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Buraya Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqları və bölgələrdən gələn insanlar da gəlmişdilər. Bu dəhşətli faciədən 29 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq. 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı. 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib, onlara Prezident təqaüdü təyin olunub.

Qazilər Kənan Qasımov , Süpay Məmmədov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlasaq da, bu tarixi, eyni zamanda, Azərbaycan xalqının şanlı günü kimi qeyd edirik. Xalqımız həmin gün üstünə şığıyan tanklardan, sinəsinə tuşlanan güllələrdən qorxmadı, azadlıq mübarizəsini axıradək davam etdirərək müstəqilliyə qovuşdu. 1990-cı ilin 20 Yanvar günü şəhid olan cəsur oğul və qızlarımız ölümün gözünə dik baxıb “Vətən sağ olsun!” - dedilər. Belə övladları olan xalq məğlubedilməzdir. Bu gün Şəhidlər xiyabanına axışan 10 minlərlə insan onların xatirəsinə dərin ehtiramını bildirir. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu bilməlidir. Şəhidlər xiyabanı xalqımızın and yeri olaraq qalacaq. Tədbirdə Uşaq İnkişa Mərkəzinin Təsisçisi,Rəhbəri,AQSİA-nın üzvü Aynur Musayeva çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib.Ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin Direktoru Vüsalə Əmiraslanova çıxış edərək bildirib ki, Ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.Şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıb. Tədbirdə hər zaman yardıma ehtiyacı olan insanlara dəstək olan ,,Premium Assistance 2021 “ xeyriyyə şirkətinin rəhbəri və təsisçisi Elnurə Əliyeva və digər əməkdaşlar da iştirak edib. Tarixçi Rasim Rzaxanov Çıxış edərək bildirib ki, Bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür. 29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdik. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar. Xalqımız hər il 20 Yanvar qətliamının qurbanlarını yad edir. Təqdirəlayiq haldır ki, buraya gələnlər arasında azyaşlılar, məktəblilər də var. Şəhidlərimizin qəhrəmanlığı nəsildən-nəslə ötürülür, uşaqlar, yeniyetmələr, gənclər vətənpərvərlik ruhunda yetişirlər. Bu gün hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır. Çünki işğal altındakı ərazilərimizi azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik. Azərbaycan Mədəniyyəti sosial platformasın sədri Rəqsanə Əsədova çıxışında 1990-cı il yanvarın 19- dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildiyini ,bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək olduğunu qeyd edib. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi gələcək nəsillər üçün də bir qürur mənbəyi olacaq.

44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi. Hər şeydən əvvəl, Azərbaycan Respublikası dövləti bu qələbəsi ilə BMT Təhlükəszilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirərək dünya müdiriyyəti adlandırılan bu təşkilatın nüfuzunu, ona olan inamı bərpa etdi. Ermənistan təkcə hərb meydanında məğlub edilmədi, Prezident İlham Əliyev dünyanın məşhur KİV- inə verdiyi müsahibələri ilə bir neçə yüz il boyunca dünyanı aldadan uydurma erməni təbliğatını təkbaşına darmadağın etdi. Yüz milyonlarla insan erməni yalanlarını başa düşdü. Dünya erməni faşizminin içi üzünü gördü. Bir daha məlum oldu ki, erməni faşizmi nasizmdən daha qəddar və iyrəncdir. Ermənistanın müharibənin əvvəlindən xristianların dini hisslərini istismar edərək baş verənləri xristianlıq əleyhinə olan kimi qələmə verməyə çalışması cəhdləri də puça çıxdı. Hamıya məlumdur ki, artıq uzun illərdir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Bakıda mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoq, humanitar forumlar keçirilir. 44 günlük müharibədə qazanılan qələbə ermənilərin bədbəxtliyinin köklərini bir daha üzə çıxardı.

Göstərdi ki, erməni ünsürünün bədbəxtliyinin başlıca səbəbi son iki yüz ildə gəlib yerləşdikləri və aborigen olmadıqları regionun yerli xalqları ilə dil tapıb keçinməməkdə və üçüncü qüvvəni gətirməkdədir. Vətən torpağı üçün son damla qanına qədər qəhərmanlıqla döyüşən və canını Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda fəda verən neçə-neçə igidlər formalaşdırıb. Bu xalq böyük Qələbələrə layiq xalqdır. Çünki xalqımız əziz Prezidentimiz, qalib Ordunun Ali Baş Komandanı İlham Əliyevə güvənir, Ona arxalanır, Ona inanır. Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı əllərdədir. Sonra Anım tədbirinə yekun vuruldu. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Visiontv.az