Vətən müharibəsində şəhid olmuş Fariz Rəhimovun anım günü qeyd edilib
21.09.2021

Vətən müharibəsində öz canlarını qurban verərək şəhid olmuş Qəbələnin qəhrəman oğullarından biri, Əmirvan kənd sakini Rəhimov Fariz Zahir oğlunun doğum günü münasibətilə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət ediblər.

Visiontv.az xəbər verir ki, Fariz Rəhimovun xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.