Ukrayna hərbçiləri Donetsk vilayətinin Snijne şəhərində rusların silah-sursat anbarına hücum ediblər. Bu barədə Ukraynanın Quru Qoşunları Facebook-da məlumat yayıb.
"Donetsk vilayətinin Snijne şəhərində atəş şousu. Zərbə işğalçıların silah-sursat anbarlarına düşüb", - hərbçilər qısa şərh edib.
“Xalqın qulluqçusu”ndan olan deputat Yuri Myasyagin yazıb ki, dağıdılan anbar rusların ən böyük anbarlarından biridir. O, 2014-cü ildən "Snejnyanskximmaş" zavodunun ərazisindədir: "2014-cü ildən bəri ora qeyri-qanuni silah-sursat gətirilir. Ən böyük silah-sursat anbarıdır. Oranın vurulub dağıdılması Rusiyanın təchizatı və dəstəyinə güclü zərbədir ”.
visiontv.az