Tütün üçün aksiz markalarının alınmasında əvvəlcədən ödənilmə mexanizmi tətbiq olunacaq
07.02.2023

Tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizmi tətbiq olunacaq.

Visiontv.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamda əksini tapıb.

Nazirlər Kabineti altı ay müddətində Tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizmi tətbiqinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

APA