Türkiyədə sabiq millət vəkili həbs edilib
15.10.2021

Türkiyədə Xalqların Demokrasiya Partiyasının (HDP) sabiq millət vəkili Aysel Tuğluk Van vilayətində PKK terror təşkilatının təbliğatını apardığı üçün həbs edilib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Tuğlukun 25 noyabr 2012 və 4 aprel 2013-cü illərdə PKK terror təşkilatının təbliğatını aparma maddəsiylə açılan cinayət işi yekunlaşıb. 

Tuğluk haqqında 1 il 8 ay həbs qətiimkan tədbiri seçilib. 

İlahə Əliyeva