Türkiyədə Mərmərə zəlzələsi qurbanları anılıb
Türkiyədə Mərmərə zəlzələsi qurbanları anılıb
17.08.2022 MEDİA Tərəfindən

Türkiyədə 17 avqust 1999-cu ildə Mərmərə zəlzələsində həyatını itirənlər mərasimlərlə anılıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Mərmərə zəlzələsinin 23-cü ildönümü ilə əlaqədar Kavaklı çimərliyindəki “Zəlzələ Məqbərəsi” qarşısında keçirilən anım tədbirində faciənin baş verdiyi saat 03.02-də bir dəqiqəlik sükut elan edilib, zəlzələdə həyatını itirənlər üçün dualar edilib.

Gölcük Bələdiyyə başçısı Əli Yıldırım Sezer jurnalistlərə açıqlamasında, 45 saniyənin Gölcüklülər üçün unudulmaz bir zaman dilimi olduğunu ifadə edərək, 23 ildən sonra eyni saatda anım proqramının təşkil edildiyini bildirib.

İlahə Əliyeva