Türkiyədə avtobus QƏZASI – Yaralılar arasında azərbaycanlı da var
Türkiyədə avtobus QƏZASI – Yaralılar arasında azərbaycanlı da var
03.02.2023 MEDİA Tərəfindən

İstanbul Bahçelievlerdə sərnişin avtobusu səkiyə çırpılaraq əvvəlcə dayanacaqdakı sərnişinlərə, daha sonra mikroavtobusa dəyib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzada fiziki qüsurlu Hikmət Kaya (51) hadisə yerində həlak olub, Azərbaycan əsilli Əhməd Rzayev, Əlcəzair əsilli Messaouda Marixe və 3 Türkiyə vətəndaşı yaralanıb.

Ətraf xəstəxanalara çatdırılan yaralılar arasında Rzayevin vəziyyətinin ağır olduğu bildirilib. 

Avtobusun sürücüsü polis tərəfindən nəzarətə götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

İlahə Əliyeva