Türkiyə Qarsda PKK-ya qarşı əməliyyata başlayıb
03.12.2021

Türkiyə Daxili İşlər Nazirliyi Ağrı, Ərzurum və Qarsda PKK-ya qarşı “Eren-10” əməliyyatına başlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

“PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə məskunlaşdığı iddia edilən terorçuları zərərsizləşdirmək məqsədiylə Ağrı, Ərzurum və Qarsdaki əməliyyatlarda Ərzurum Jandarma Bölgə Komandanlığının idarəçiliyində 790 nəfərlik hərbi heyət ilə 70 komanda iştirak edib. 

Ölkə hüdudları daxilində terrorun tamamilə aradan qaldırılması istiqamətində həyata keçirilən `Eren Qış` əməliyyatları, xalqımızın dəstəyiylə inamlı və qətiyyətli bir şəkildə uğurla davam etdirilir."

İlahə Əliyeva