Türkiyə Kosovaya hərbi kontingent göndərir
03.06.2023

Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib”.

Qeyd olunub ki, təyin olunmuş batalyon 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır.