Türkiyə ilə Azərbaycan bu və ya digər formada nə vaxtsa birləşəcək - Elbəyi Həsənli
Türkiyə ilə Azərbaycan bu və ya digər formada nə vaxtsa birləşəcək - Elbəyi Həsənli
22.02.2021 Elbəyi Həsənli Tərəfindən

Türkiyə ilə Azərbaycanın birləşməsi barədə müxtəlif fikirlər səslənir. Hazırda İstanbuldayam. Burada da bu məsələ ciddi müzakirə mövzusudur. Mən birmənalı şəkildə bu birliyin tərəfdarıyam. Çoxu deyir ki, biz konfederativ əsaslarla bir araya gəlməliyik. Mən isə unitar dövlətin tərəfdarıyam. Ancaq onu da yaxşı başa düşürəm ki, çoxluqla razılaşmaq lazımdır. Bəlkə də hər 20 ildən bir referendum keçirmək lazımdır. Təbii ki, son sözü xalq deməlidir...

Əlbəttə, Türkiyə ilə Azərbaycan bu və ya digər formada nə vaxtsa birləşəcək. Bu, qaçılmazdır. Ancaq bu azdır. Bütün türk xalqları bir bayrağın altında yer almalıdır. Çağdaş dünyada gedən proseslər elə bir mərhələyə daxil olub ki, Turan dövlətinin qurulması qaçılmazdır. Bu, təkcə türklərin arzusu deyil. Böyük güclər də Turanın yaranmasında maraqlıdır. Niyə? Çünki böyük güclər arasında balansın yaranmasını yalnız Turan dövləti təmin edə bilər. Rusiya ilə Çin arasında Turan dövləti olmalıdır. Rusiya ilə Avropa arasında da həmçinin. Ərəb Dünyası ilə Rusiya və Çin arasında da Turan dövlətinə ehtiyac var. Əslində Allahın Yer üzünə verdiyi nizam belədir. Sadəcə,  türklər parçalandıqlarına görə bu yeri itiriblər. Daha doğrusu coğrafi olaraq onlar həmin yerdədirlər. Siyasi olaraq isə təsir gücünə sahib deyillər. Nəticədə ilahi nizam da pozulub...

Bəziləri deyir ki, Azərbaycana böyük qardaş lazım deyil. Haqlıdırlar. Ancaq Türkiyə Azərbaycana münasibətdə özünü elə apara bilməz. Türkiyənin zatən Rusiyadan əsas fərqi də ondadır. Mən indiyə qədər özünü azəri türklərindən üstün tutan bir Türkiyə türkü göpmədim...

Visiontv.az