Türkçülüyün himni - insanlıq simfoniyası!-professor Səlahəddin Xəlil
Türkçülüyün himni - insanlıq simfoniyası!-professor Səlahəddin Xəlil
08.08.2020 Səlahəddin Xəlilov Tərəfindən

Yaxşı insan olmayan yaxşı türk ola bilməz!

4 il əvvəl Türkiyə Yeni Qapının astanasında idi.
Vəhdət - Birlik - Qarşıdurmalardan qurtarıb yeni, ümummilli bir siyasət həyata keçirmək şansı açılmışdı.
Təəssüf ki, bütün partiyaların ümummilli mənafe naminə kompromisə gəlmək əzmi, - "Türkiyə İttifaqı" ideyası davam etdirilmədi və cəmiyyət yenə də iki cəbhəyə bölündü: İqtidar və Müxalifət qarşadurması daha da şiddətləndi - və bütün bəlaların səbəbini qarşı tərəfdə axtarmaq bəsitliyi yenidən bərqərar oldu.
Belə olanda - düşmən ancaq içdə axtarılanda, gerçək düşmənlərə qarşı birləşmək də mümkün olmur.