“Trampın İrana hücum etirafı beynəlxalq səviyyədə araşdırılmalıdır”
12.11.2025

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ prezidentinin İrana qarşı hərbi hücuma şəxsən əmr verdiyini etiraf etməsini Vaşinqtonun bu təcavüzdə birbaşa məsuliyyətinin açıq sübutu adlandırıb.

O bildirib ki, bu açıqlama ABŞ-nin əvvəlki iddiasını – hücumda rolunun olmadığı və bunun İsrailin birtərəfli addımı olduğu barədə bəyanatını – tamamilə təkzib edir.

Bəqayinin sözlərinə görə, Trampın bəyanatı dərhal BMT və Təhlükəsizlik Şurasında rəsmi sənəd kimi qeydiyyata alınıb və beynəlxalq hüquqi proseslər üçün əsas material kimi istifadə olunacaq.

O əlavə edib ki, İran ABŞ və İsrailin hərbi təcavüzünün sənədləşdirilməsi üzərində ciddi işləyir və Amerikaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq üçün bütün imkanları araşdırır.

visiontv.az