Tokayevin Fransaya rəsmi səfəri başlayıb
29.11.2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fransanın paytaxtı Parisə rəsmi səfəri başlayıb.

Visiontv.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti teleqramda məlumat yayıb.

“Kasım-Jomart Tokayev Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Danışıqlar zamanı ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Eyni zamanda, dövlətimizin başçısı Fransanın işgüzar qruplarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək”, - Prezidentin Mətbuat xidməti qeyd edib.