Təxminən 28850 hərbiçi və 169 helikopter: Baş Qərargah Rusiyanın itkisini açıladı
21.05.2022

Ukraynada müharibə başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri təxminən 28 850 hərbçisini itirib. Eyni zamanda Rusiya aviasiyasına məxsus 169 helikopter məhv edilib.

Bu barədə Baş Qərargah Facebook-da xəbər verir.

Rusiyanın mayın 21-nə olan ümumi itkiləri təxminən belədir:

Hərbi personal - təxminən 28850 (+150) nəfər ləğv edildi,
Tanklar - 1278 (+15) ədəd,
Zirehli döyüş maşınları - 3116 (+26) ədəd,
Artilleriya sistemləri - 596 (+0) ədəd,
MLRS - 201 (+1) vahid,
Hava hücumundan müdafiə sistemləri - 93 (+0) ədəd,
Təyyarə - 204 (+0) ədəd,
Helikopterlər - 169 (+1) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 462 (+2),
Qanadlı raketlər - 104 (+1),
Gəmilər / qayıqlar - 13 (+0) ədəd,
Avtomobil avadanlığı və tankerlər - 2178 (+16) ədəd,
Xüsusi avadanlıq - 43 (+0).
Qərargah bildirib ki, son sutka ərzində Rusiya ən böyük itkini Baxmut istiqamətində verib.

Xatırladaq ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri üç pilotsuz təyyarə, bir raket və naməlum uçan obyekti vurub.

Daha əvvəl bildirilmişdi ki, Rusiya komandanlığı planlarına yenidən baxaraq, əsas diqqəti Luqansk vilayətinin ələ keçirilməsinə yönəldib.

Qeyd edək ki, mayın əvvəlindən Rusiya qoşunları Donbasda hücum cəhdlərini gücləndirib.

Əli Əliyev

visiontv.az