Telefonlara sızdılar və bütün məlumatları kopyaladılar... Telefonunuzda bu proqram varsa, dərhal onu silin...
Telefonlara sızdılar və bütün məlumatları kopyaladılar... Telefonunuzda bu proqram varsa, dərhal onu silin...
01.06.2023 MEDİA Tərəfindən

Google Play proqramlar mağazasında yer alan və çox sayda istifadəçinin yüklədiyi ekran yazıcısının, bir il ərzində insanları izlədiyi ortaya çıxıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağıllı telefon proqramları yükləndikdən sonra öz xüsusiyyətini dəyişə bilər və əvvəllər “günahsız” görülən proqram zaman keçdikcə “pis niyyətli” vasitəyə çevrilə bilər. 

Android telefonlar üçün ekran yazıcı funksiyasını yerinə yetirən iRecorder Screen Recorder adlı proqram da ilk vaxtlar zərərsiz bir tətbiq idi. Ancaq ArsTechnica-nın xəbərinə görə, bir il sonra zərərli vasitəyə çevrildi.

Tətbiq ilk dəfə 2021-ci ilin sentyabrında buraxılıb. Lakin növbəti avqustda edilən yeniləmədən sonra o, hər 15 dəqiqədən bir 1 dəqiqəlik audio yazmağa və həmin yazıları şifrələnmiş bağlantı vasitəsilə tərtibatçının serverinə ötürməyə başladı.

Tətbiqin statusu Yaranan Təhdidlərə Qarşı Əsas Təhlükəsizlik (ESET) adlı qurumun tədqiqatçısı Lukas Stefanko tərəfindən sənədləşdirilib.

Stefankonun sözlərinə görə, proqram mağazadan çıxarılana qədər 50 min dəfə yüklənib.

Tədqiqatçının öz bloqunda yazdığı hesabatda proqram mağazaları üçün mühüm təhlükə vurğulanır: bir müddət istifadə edildikdən sonra “qaranlıq tərəfə keçən” proqramlar.

Google bu problemi aradan qaldırmaq üçün bəzi tədbirlər üzərində işləyir. Məsələn, o, istifadəçilərə aylıq bildiriş vasitəsilə hansı proqramların məlumat paylaşma təcrübələrini dəyişdiyini bildirmək niyyətindədir.

İlahə Əliyeva