Təhsil Nazirliyində yeni TƏYİNATLAR
12.01.2022

Təhsil Nazirliyində yeni təyinatlar olub.

Visiontv.az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyin olunub.

Nazirliyin Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli nazirin müşaviri təyin olunduğundan, həmin vəzifə Yaqub Piriyevə həvalə olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzaliyev nazirin müşaviri təyin olunduğundan onun vəzifəsi Ceyhun Kərəmova həvalə edilib.