Tehran NATO baş katibinin xəbərdarlığını qulaqardına vuracaq
Tehran NATO baş katibinin xəbərdarlığını qulaqardına vuracaq
29.11.2022 MEDİA Tərəfindən

NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır və bunun nümunəsi İrandan alınan silahlardır.

“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir” – deyən Yens Stoltenberq Tehranı xəbərdar edib.

Tehran NATO baş katibinin bu xəbərdarlığını qulaqardına vuracaq. İran Rusiyaya silah və hərbi texnika satmaqda davam edəcək. Rusiyanın İran dronları və raketləri vasitəsilə Ukraynada mülki insanları öldürməsi, istiliksiz donmağa sürükləməsi Tehranı zərrə qədər də narahat etmir. Tehran rejimi için önəmli olan Rusiyanın çirkli pullarını əldə etməsi və Ukraynanın ərazi bütövlüyünü təmin etməsini əngəlləməkdir.

Elxan Şahinoğlu

visiontv.az