Tədqiqatçılar insan ömrünün ən yuxarı yaş həddini hesabladılar
31.05.2021

Tədqiqatçılar insan ömrünün ən yuxarı həddini hesabladılar.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalara görə, insan ömrünün ən son həddinin təqribən təqribən 150 il olduğunu müəyyən edib.

Belə ki, bədənimizin nə olursa olsun müəyyən bir son istifadə tarixi vardır.

Sinqapurda “Gero” adlı bio-texnologiya şirkəti ilə Nyu Yorkda fəaliyyət göstərən Rosvel Park Merkezinin apardığı araşdırmaya əsasən özünə ən yaxşı qulluq edən insan vücudunun ömrü üçün ən yuxarı yaş limiti 120-150 il arası təşkil edir. Bunu isə ən yaşlı insan kimi tanınan Cenni Kalmentin 122 il yaşaması təsdiq edir.

“Nature Communications” jurnalında yer alan bir yazıda 40 yaşlı insanda sağalma prosesi 2 həftə olduğu halda, 80 yaşlı insanda bu prosesin 6 həftəyə qədər uzandığı qeyd edilib. Sağalma prosesinin uzanması və hətta müəyyən yaşdan sonra tamamilə yox olması, vücudun həyatda qalma prosesini azaldır.

Qeyd edək ki, elmi-araşdırma filmlərindən də xatırladığımız ölümsüzlük üçün "hüceyrələrin özünü yeniləməsi" məsələsi tamamilə belə bir məntiqin üzərində qurulmuşdur.