Təbrizdə hərbi təlim keçirilir
17.11.2025

Dünən səhər saatlarından başlayaraq Təbriz şəhərində güclü partlayış səsləri eşidilib.

Bu haqda yerli media məlumat yayıb.

Günorta saatlarında Təbriz fərmandarlığı (icra hakimiyyəti) açıqlama yayaraq partlayış səslərinin hərbi manevrlə bağlı olduğunu bildirib.

Şəhid Təbstəbayi kazarmasında başlayan hərbi manevrin 3 gün davam edəcəyi bildirilib.

Təlimlərin məqsədi barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, dekabrın 4-də də Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə “Səhənd-Anti-Terrorizm-2025” adlı birgə təlim keçiriləcək.

visiontv.az