Güney Azərbaycan Milli Hərəkatının fəalları axşam saatlarında Təbrizdə milli tələbləri ilə bağlı divarlara etiraz vərəqələri yapışdırıblar.
Vərəqələrdə yer alan həştəqlər “öz müqəddəratını təyinetmə haqqı”, “milli hərəkatın müstəqilliyi” və “hər cür hakimiyyət basqısı rədd edilir” kimi mövzular əsasında hazırlanıb.
Etiraz vərəqələrindəki bu həştəqlər diqqət çəkir: “Azərbaycan milləti qərar verir”, “Millətdən xalq üçün milli hərəkat”, “Vətənə xəyanətə yox”, “Azərbaycan öz yolunu gedir”, “Azərbaycan Milli Hərəkatı ticarət mövzusu deyil”, “Kürd terrorçuluğuna yox”, “Mərkəzçiliyə yox”, “Təhlükəsizlik tədbirlərinə yox”, “Azərbaycan satılıq deyil”.
Təbrizin küçələrində, piyada keçidlərində və müxtəlif ictimai məkanlarda vurulan bu vərəqələr şəhər sakinlərinin diqqətini cəlb edib. (GADTB)
visiontv.az
