TBMM 30-cu sədrini seçəcək
TBMM 30-cu sədrini seçəcək
05.06.2023 MEDİA Tərəfindən

Türkiyə Böyük Millət Məclisi-nə (TBMM) çərşənbə günü sədrlik seçkiləri keçiriləcək.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədrliyinə irəli sürüləcək namizədlər sabah saat 24.00-dək Müvəqqəti Başqanlıq Şurasına bildiriləcək.

Baş Assambleya çərşənbə günü saat 14.00-da toplanacaq və seçki keçiriləcək.

Baş Assambleyada sədrlik seçkiləri gizli səsvermə yolu ilə keçiriləcək.

İlahə Əliyeva