Tayvan lideri adaya səfər edən Pelosiyə “Şərəf” ordeni verib
Tayvan lideri adaya səfər edən Pelosiyə “Şərəf” ordeni verib
03.08.2022 MEDİA Tərəfindən

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfəri çərçivəsində ada hakimiyyətləri tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Pelosi səfəri çərçivəsində bu gün səhər 5 nəfərlik konqres heyəti ilə Tayvan lideri Tsay İnq-ven ilə görüşüb.

Tayvan lideri Pelosi və onun nümayəndə heyətinə Tayvanın kritik bir zamanda yanında olduğunu konkret şəkildə nümayiş etdirdiklərinə və ABŞ-ın Tayvanın özünümüdafiəsinə dəstəyini ifadə etdiklərinə görə təşəkkür edib. 

Tayvanın Çinin artan hərbi təhdidlərinə boyun əyməyəcəyini vurğulayan Tsai, "Ölkəmizin suverenliyini qətiyyətlə qoruyacağıq" deyə bildirib.

İlahə Əliyeva