Taxıl dəhlizi ilə 12 milyon tondan çox taxıl daşınıb
Taxıl dəhlizi ilə 12 milyon tondan çox taxıl daşınıb
29.11.2022 MEDİA Tərəfindən

Türkiyənin Rusiya-Ukrayna müharibəsi səbəbindən “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün yaratdığı “taxıl dəhlizi” ilə bu günə qədər 501 gəmi ilə 12 milyon tondan çox taxıl daşınıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin gərgin diplomatik səyləri nəticəsində ötən ilin iyul ayında İstanbulda Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında “Birgə Koordinasiya Mərkəzi” yaradılıb. Taxıl məhsullarının təhlükəsiz daşınması buradan izlənilməyə başlandı.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın əlaqədar tərəflərlə keçirdiyi görüşlər və Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində taxılla yüklənmiş ilk gəmi avqustun 1-də Odessa limanından yola düşüb.

İlk gəminin yola düşməsindən sonra iki həftə ərzində Ukrayna limanlarını tərk edən gəmilərin sayı 25-ə çatdı, daşınan taxılın miqdarı 800 min tonu keçdi.

Davam edən daşıma çərçivəsində dünəndən etibarən Ukrayna limanlarını tərk edən gəmilərin sayı 501-ə çatıb, buğda, qarğıdalı, arpa kimi taxıl məhsullarının daşınması isə 12 milyon tonu keçib.

İlahə Əliyeva