“Şuşa ili”nə həsr edilmiş Göygöl Futbol Turniri davam edir
09.09.2022

“Şuşa ili”nə həsr edilmiş Futbol idman növü üzrə rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında rayon turnirinə 25 avqust 2022-ci il tarixdən start verilmişdir. Birincilik yarışması Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Göygöl Olimpiya İdman Kompleksinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Turnirdə 16 komanda – İcra Hakimiyyəti, Polis şöbəsi, Üştəpə bələdiyyəsi, Aşıqlı bələdiyyəsi, Göygöl bələdiyyəsi, Quşqara bələdiyyəsi, Topalhəsənli bələdiyyəsi, Qızılca bələdiyyəsi, Xaqani bələdiyyəsi, Pənahlılar bələdiyyəsi, Balçılı bələdiyyəsi, İstisu, Təzə məhəllə, Mərkəzi Xəstəxana, Gənclər evi, Hərbçilər komandaları püşkatmada iştirak edərək oyuna buraxılmışdır.

Turnirin 1/4 mərhələsi başlayıb. 1/4 mərhələsində Quşqara bələdiyyəsi -Göygöl bələdiyyəsi ilə, Təzə məhəllə - Xaqani bələdiyyəsi ilə mübarizə aparır. Yarımfinal mərhələsində isə Üçtəpə bələdiyyəsi, Polis şöbəsi komandaları mübarizəni davam etdiriləcəklər.

Binnət İsmayılov
Visiontv.az