Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi çərçivəsində kollektivdə bir çox maraqlı layihələr gerçəkləşib
Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi çərçivəsində kollektivdə bir çox maraqlı layihələr gerçəkləşib
16.03.2023 MEDİA Tərəfindən

Azərbaycan peşəkar milli Teatrının 150, Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi çərçivəsində kollektivdə bir çox maraqlı layihələr gerçəkləşib. Martın 10-da, Milli Teatr günündə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" liberettosu əsasında hazırlanmış tamaşa nümayiş etdirilib Əməkdar artist Namis Şirməmmədovun quruluş verdiyi komediya maraqla qarşılanıb

Şəhərin bir neçə mədəniyyət və təhsil müəssisəsi ilə birgə təşkil olunmuş ekskursiya da gənc və yeniyetmələrin yaddaşında  xoş təəssürat yaradıb.
Martın 14-də isə Sumqayıt Dövlət Dram Teatrının yarandığı günü xüsusi qeyd olundu.  Öncə direktor müavini, Əməkdar artist Vidadi Məmmədov, teatrın baş rejissoru, Praezident mükafatçısı," Qızıl Dərviş" mükafatı laureatı F.Məhərrəmov, Əməkdar artist Xatirə Süleymanova, rejissor Əməkdar Mədəniyyət işçisi Vasif Məmmədov,  aktrisa Şəhla Məmmədova çıxış edərək 55 illik şərəfli yola ekskurs etdilər. Sonra Firudin Məhərrəmovun quruluşunda M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası göstərildi. Bu tamaşa ilə bayramın qeyd olunması təsadüfi deyil. Çünki Sumqayıt Dövlət Dram Teatrının ilk tamaşası da bu əsər olub. Cənnət Səlimovanın quruluşunda maraqla qarşılanan əsər 55 ildən sonra tam yeni quruluşda, aktual traktovkada təqdim olunur.

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının bir neçə aktyora aid etdiyi Fəxri fərmanlar sahıblərinə təqdim olundu.Teatrda 150 və 55 rəqəmlərinin doğurduğu xoş ovqat, bayram ab-havası davam edir.

Visiontv.az